Cəbhədən son məlumat

Mövqelərimiz gülləbaran olundu…

Mövqelərimiz gülləbaran olundu.

Erməni silahlı bölmələri atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az