Cəbhədən son xəbər

Ermənilər mövqelərimizi yenə atəşə tutublar…

Ermənilər mövqelərimizi yenə atəşə tutublar.

Erməni silahlı bölmələri atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Sarıcalı, Kəngərli, Yusifcanlı, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az