Cəbhənin Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində atəşkəs pozulub

Cəbhənin Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.az