Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses fəallaşıb

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses fəallaşıb və tezliklə nəticələr gözləmək olar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
ABŞ-dan olan həmsədr Robert Bradtkeninin sözlərinə görə, Minsk qrupunun məqsədi münaqişənin sülh yolu ilə həllidir və buna görə həmsədrlər münaqişə tərəflərinin nümayəndələrinin tez-tez görüşüməsini zəruri hesab edirlər.
Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, həmsədrlər Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsinin sülh yolu ilə həllində maraqlıdırlar, danışıqların fəallaşdırılmasını vacib sayırlar… Trend.