Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur

Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür. Trend-in məlumatına görə, Fransa Prezidenti Nikola Sarkozi Ermənistanın “Mediamaks ” agentliyinə müsahibəsində Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesini şərh edərkən deyib.
“Ölkələrimiz barışığı seçənədək bir-birilə bir neçə onillik ərzində üç dəfə münaqişə etmişdilər. Birinci Dünya müharibəsi illərində Fransa və Almaniya təsəvvürəgəlməz amansızlıqla döyüşmüşdülər. Dəhşət və əzablarla müşayiət olunan İkinci Dünya müharibəsinin dağıntıları üzərində xalqlarımız barışmaq üçün özlərində güc tapdılar və tayı-bərabəri olmayan dostluq qurdular. Həmin dostluq bu gün Avropa quruculuğunun təməl daşıdır “, – Sarkozi bildirib.
Prezident deyib ki, ermənilər və azərbaycanlılar da məhz bu yolu tutmalıdırlar… Trend.