Dağlıq Qarabağ ərazisində keçirilməsi daha məqsədəuyğundur

Ermənistanın dini lideri II Qareginin Azərbaycanın dini lideri, Şeyxülİslam Hacı Allahşükür Paşazadəyə Dağlıq Qarabağ ərazisində görüş təklf etməsi bütün hallarda diqqətçəkən hadisədir. Bu barədə cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
“II Qaregin Ermənistan Prezidenti Serj Sarkisyanla hədsiz yaxındır. O nəinki Ermənistanda, ümumiyyətlə, dünya erməniləri arasında qriqorianlığı prezident Sarkisyanın xidmətçisinə çevirib. Ermənistanla Türkiyə arasında Sürix protokollarına II Qareginin mövqeyi Sarkisyanı dəstəkləməkdən ibarət oldu. Digər ölkələrdəki ermənilər, o cümlədən erməni kilsələri etiraz etsələr də, II Qaregin mövqeyini Sarkisyanın mövqeyindən fərqləndirmədi. II Qaregin Sarkisyanın Dağlıq Qarabağ siyasətinə bələddir və onun bu siyasətinin reallaşmasında iştirak edir. Sarkisyanın Dağlıq Qarabağa səfərləri zamanı II Qaregin onu həmişə müşayiət edib. Xaricdən gələn bütün qonaqları qəbul edir və Dağlıq Qarabağ məsələsində Ermənistana kömək etməyi onlardan xahiş edir “, – o deyib… Trend.az