Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad keçirdiyi mətbuat konfransında deyib.
“Dünyanın harasında baş verməsindən asılı olmayaraq, biz belə hərəkətləri pisləyirik. Tarixi abidələrə hörmətlə yanaşılmalıdır “, – müşavir bildirib.
İki ölkə arasındakı əlaqələrə toxunan Xürrəmşad qeyd edib ki, İran hökumətinin mövqeyi Azərbaycanla əlaqələri inkişaf etdirməkdir…