Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma “bələdiyyə seçkiləri “ni kəskin pisləyən yazili bəyanat qəbul edilib. Trend-in məlumatına görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri imza atıblar.
Millət vəkillərinin imzaladığı bu sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul edilib. AŞPA sədri tərəfindən Assambleyada elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi assambleyada yayılıb… Trend.