Dekabrın 1-də Cocuq Mərcanlıda 41600 kvadratmetr ərazi partlamamış hərbi sursatlardan tam təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlı kəndində gün ərzində 41600 kvadratmetr ərazi tam təmizlənib, 16400 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

AZƏRTAC