İsveçin xarici işlər naziri:“Dağlıq Qarabağ münaqişəsi kimi problemləri həll etmək üçün həll yollarının tapıldığı müxtəlif oxşar nümunələrə nəzər yetirmək lazımdır. Lakin mən bu nümunələri eynilə tətbiq etmək lazım olduğunu düşünmürəm”.
APA-nın xəbərinə görə, bu sözləri İsveçin xarici işlər naziri Karl Bildt Dağlıq Qarabağ münaqişəsinin həllində Aland modelinin tətbiqinin mümkünlüyünə dair suala cavabında deyib. Nazir istisna etməyib ki, Avropada bu cür həll modellərindən istifadə oluna bilər: “Lakin hesab etmirəm ki, bu modellər eynilə tətbiq olunmalıdır. Aland adaları ilə bağlı səhv etmirəmsə 1920-ci ildə referendum keçirilib. Nəticədə Finlandiya daxilində muxtariyyət yaradılması barədə razılaşma əldə edilib. İndi onlar xoşbəxt yaşayırlar. Başqa nümunələr də var. Məsələn, Cənubi Tirol. Orada amansız münaqişə vardı, zorakılıq törədilirdi. Lakin problem sülh yolu ilə həllini tapdı”… Apa.