Dünya Qaçqınlar Günü 2008

Ceneva, 13 İyun (UNHCR) – BMT-nin qaçqınlar üzrə yüksək kommisarlığı. Avstraliyadan başlamış qədim Romaya, oradan Amerikaya qədər, yer kürəsinin hər yerindən olan insanlar gələn həftə indiyədək görülmüş ən görkəmli və əzəmətli Dünya Qaçqınlar Günü mərasimlərində iştirak edəcək.

Bu ilin qlobal mövzusu olan “müdafiə” ilə bağlı UNHCR və onun iştirakçıları, hökumətlər, donorlar, qeyri-hökumət təşkilatları, Ancelina Coli və digər xoşməramlı səfirlər və qaçqınların özləri də daxil olmaqla, geniş həcmli fəaliyyətlər – işıq tamaşaları, foto şəkil sərgiləri, film festivalları, mühazirələr, müzakirələr, xeyriyyə bazarları, dəb nümayişləri, konsertlər və idman yarışları təşkil edəcəklər.

UNHCR dünyanın 20 mərkəzində qaçqınlar üçün olan çadıq şəhərciklərini bərpa edəcək.

UNHCR-nin xoşməramlı səfiri Ancelina Colinin xüsusi ismarıcı 18 iyunda YouTube saytında bütün dünyaya çatdırılacaq.

Qaçqınların mənim qəlbimə və ruhuma heç vaxt sözlərlə ifadə edə bilməyəcəyim dərəcədə təsiri olub. Onlar dostluqları, sevgiləri, cəsarətləri və düzlükləri ilə mənim həyatımı dəyişdilər, Ancelina Coli, UNHCR–in xoşməramlı səfiri deyib.

UNHCR