Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə!

Onlar müraciəti aprelin 1-dən Dövlət Komissiyasına təqdim etməlidirlər…

Onlar müraciəti aprelin 1-dən Dövlət Komissiyasına təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı aprelin 1-dən 30-dək, saat 18:00-a kimi Dövlət Komissiyasına təqdim etməlidirlər.

Müraciət forması Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Elan edilmiş müsabiqəyə 18 dövlət orqanında 381 vakant vəzifə üzrə 441 vakant yer ayrılıb.

Daha ətraflı DQMK-nın rəsmi saytından məlumat almaq olar. (Trend)

www.oxu.az