Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı bir milyon ötüb.

Trend-in «Krasnaya Vesna»ya istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin xüsusi tədqiqat qrupunun hesabatında deyilir.

Məlumata əsasən, aprelin 2-si saat 23:00 üçün dünyada 1 milyon 2 min insan koronavirusa yoluxub, təxminən 51,5 min insan isə xəstəliyin qurbanı olub.

Bildirilir ki, 209 minə yaxın insan yeni növ koronavirusdan sağalıb.