Ehtiyatda olan zabitlərə “həyəcan” siqnalı veriləcək

Kiçik zabit heyəti barədə məlumatlar dəqiqləşdirilir…

Kiçik zabit heyəti barədə məlumatlar dəqiqləşdirilir.

Azərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq onların qeydiyyatda olduqları rayonlarda yaşayıb-yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır.

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumata görə, dəqiqləşmələr yekunlaşdıqdan sonra SHÇDX, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək.

Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti “həyəcan” siqnalı ilə qeydiyyatda olduqları SHÇDX şöbələrinə çağırılacaqlar.

/oxu.az/