Ermənistanda azərbaycanlı killer tutuldu

“Hal-hazırda sifarişçilərin müəyyən edilməsi istiqamətində iş aparılır”…

“Hal-hazırda sifarişçilərin müəyyən edilməsi istiqamətində iş aparılır”.

Moskvadan Ermənistana iş adamının qətlində günahkar bilinən killer ekstradisiya olunur.

Oxu.Az bildirir ki, bu haqda “Baltİnfo”-ya hüquq mühafizə orqanından məlumat veriblər. 

“Əslən azərbaycanlı olan, 2004-cü ildə Rusiya vətəndaşlığını alan şəxs sifarişli qətldə ittiham edilir. Rusiya və Ermənistan polisinin müştərək əməliyyatı zamanı o, 2014-cü ilin aprel ayında saxlanılaraq RF-ə gətirilib. Saxlanılan şəxs 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törətməkdə ittiham edilir” – həmsöhbətimiz bildirib.

Məlumata əsasən, killerin saxlanılması üçün keçirilən əməliyyat bu günlərdə baş tutub. 2012-ci ilin aprelin 19-dan 20-nə keçən gecə Moskvanın Beqovoy küçəsi, ev 2 ünvanında Qazaxıstan sakini olan 52 yaşlı iş adamının meyiti tapılıb. Killerin açdığı atəş nəticəsində 3 güllə iş adamının başından dəyib. Qazaxıstanlı iş adamının Moskvada avtomobilyuma məntəqəsinin sahibi olduğu bildirilir. Cinayət törədilən məkana baxış zamanı, qətl yerindən təxminən 100 metr aralıda beton plitə altında  PM markalı səsboğuculu tapança aşkar edilib, ekspertlər iş adamının məhz bu silahla qətlə yetirildiyini müəyyən ediblər. 

İstintaq zamanı əməliyyatçılar killerin kimliyini  müəyyənləşdirsələr də, o artıq Rusiya sərhədlərindən kənarda idi.

“Pul mükafatı müqabilində qətl törədən şəxs 27 yaşlı əslən azərbaycanlı olan Vladimir şəhərinin sakinidir. Məlum olub ki, cinayət kommersiya əsasında baş verən münaqişə zəminində sifariş edilib. Hal-hazırda qətlin sifarişçilərinin axtarışı gedir”, – mənbə xəbər verib.

www.oxu.az