Ermənilər azərbaycanlıları atəşə tutublar

“Təxminən 1 kilometr süründük”…

“Təxminən 1 kilometr süründük”.

Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun Qapanlı kəndinin ərazisindəki təsərrüfat sahələrini atəşə tutublar.

Oxu.Az El TV-yə istinadən xəbər verir ki, sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür ki, ermənilər gündüz saatlarında yalnız təsərrüfat sahələrini və dinc sakinləri atəşə məruz qoyurlar.

Kənd sakini Sənan Qarayev bildirib ki, aprelin 15-də axşamüstü örüş sahəsində mal otararkən bir müddət evlərinə qayıda bilməyiblər:

“Birbaşa bizə atırdılar. Sürünə-sürünə çıxdıq. Təxminən 1 kilometr süründük”.

Kənd sakini Tarzan Qasımov isə deyib ki, ermənilər kəndi 3-4 gündür atəş altında saxlayırlar. Sakinlər onu da bildiriblər ki, artıq gündüz təsərrüfat sahələrinə getmək onlar üçün çox təhlükəlidir. Ermənilər, əsasən, yandırıcı güllələrdən istifadə edirlər.

www.oxu.az