Ermənilər Bakıya gəlmədi

“Azərbaycan tərəfi bütün təhlükəsizliyə təminat verirdi”…

“Azərbaycan tərəfi bütün təhlükəsizliyə təminat verirdi”.

MDB Parlamentlərarası Assambleyanın (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının Bakıda keçirilən iclasında MDB-yə üzv ölkələrdən Ukrayna və Ermənistanın nümayəndə heyətləri iştirak etmir.

Oxu.Az xəbər verir ki, Komissiyanın katibi Konstantin Pşenko APA-ya açıqlamasında bildirib ki, Ukrayna iclasa qatılmaqdan imtina səbəbi kimi bu ay keçirilən parlament seçkilərinə hazırlığı göstərib.
 
Ermənistana da tədbirlə bağlı rəsmi dəvət göndərildiyini bildirən K.Pşenko onların gəlməkdən imtina etdiklərini deyib: “Nəzərə alaq ki, Ermənistan parlamentinin Hüquq komitəsinin sədri Tiqran Urixanyan bu Komissiyanın sədr müavinidir, digər müavinimiz isə azərbaycanlı deputat Elmira Axundovadır. Amma bu məsuliyyətə baxmayaraq, Ermənistan nümayəndə heyəti iclasa gəlməkdən imtina etdi və səbəbi izah etmədilər. Hərçənd Azərbaycan tərəfi həmişə olduğu kimi, bütün təhlükəsizliyə təminat verirdi”.

www.oxu.az