Ermənilər girov götürdüyü 15 yaşlı Azərbaycan vətəndaşını qaytarır?

İki gün öncə Qırmızı Xaç girovluqda olan Cavidə baş çəkmişdi…

İki gün öncə Qırmızı Xaç girovluqda olan Cavidə baş çəkmişdi.

Ermənistan tərəfi girov götürdüyü 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovu qaytarmağa razı olub. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq qarşı tərəf bununla bağlı Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Ermənistandakı ofisinə məlumat verib. 

Qeyd edək ki, iki gün öncə Qırmızı Xaç girovluqda olan 15 yaşlı Cavidə baş çəkmişdi. 

Xatırladaq ki, 2-ci qrup əlil olan Cavid Məmmədov sentyabrın 5-də Tərtərin Çaylı kəndində çayda balıq tutmağa gedərkən erməni Silahlı Qüvvələri tərəfindən girov götürülmüşdü. O, Tərtər rayon yol polisi rəisinin müavini Samir Məmmədovun oğludur. 

www.oxu.az