Ermənilər Türkiyədə Xocalı ilə bağlı təxribata əl atdılar EKSKLUZİV

Türkiyə mətbuatındakı mənbələrdən orada yaşayan ermənilərlə bağlı SİA-ya informasiyalar daxil olub…

 

Türkiyə mətbuatındakı mənbələrdən orada yaşayan ermənilərlə bağlı SİA-ya informasiyalar daxil olub.

 

Mənbə bildirir ki, Türkiyənin İqdır vilayətində ermənilər bu gün səhər saatlarında təxribata əl atıblar. Belə ki, Xocalı soyqırımının ildönümü ilə bağlı Türkiyədə keçirilən təbdbirlərə, etiraz kampaniyalarına mane olmaq üçün ermənilər Türkiyənin bir neçə vilayətində təxribat törətməyə cəhd ediblər. Lakin yerli hüquq mühafizə orqanlarının ayıqlığı nəticəsində ermənilərin təxribatının qarşısı alınıb.

 

Mənbə onu da qeyd edir ki, hər il olduğu kimi bu il də Türkiyədə ortaq dərdimiz olan Xocalı facisəi ilə bağlı tədbirlər keçirilir. Ermənilər isə hər il bu tədbirlərin qarşısını almaq üçün müxtəlif metodlara əl atır.

/Sia/