Ermənilər Ukraynanın parçalanmasının tərəfdarıdır

Krım tatarları isə separatçılara etiraz edirlər…

Krım tatarları isə separatçılara etiraz edirlər.

Krımın erməni cəmiyyətinin milli şurası, bu bazar günü keçiriləcək referendumda iştirak edərək, Krımın Rusiya Federasiyasına birləşdirilməsinə səs verməyə çağıran bəyannamə qəbul edib.

Oxu.Az xəbər verir ki, bu haqda Ermənistan xəbərləri – NEWS.am-ın müxbiri ilə müsahibəsində Krımın erməni cəmiyyətinin sədri Vaqarşak Melkonyanbildirib.

Onun sözlərinə görə, artıq Krımın konstitusiyasında krım tatarları üçün bütün idarə orqanlarında 20% kvota olacağı zəmanəti verilib.

“Biz ermənilər, bolqarlar, yunanlar və almanlar – bir assosiasiyada birləşmişik, belə də idarə prinsiplərini tələb edirik. Əgər təbii ki, qeyd edilmiş prinsip krım tatarlarına tətbiq edilərsə”, – Melkonyan bildirib.

Qeyd edək ki, krım tatarları Rusiya Federasiyasının subyekti kimi Krımın ona birləşdirilməsinə etiraz edirlər. Bununla əlaqədar KMR-da yarımadanın statusuna dair keçiriləcək referenduma etiraz olaraq aksiyalar keçiriləcək. Bu haqda Hərbi-siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk bildirib.

Aksiyalarda separatçıların fəaliyyətinə qarşı çıxış etmək istəyən bütün Krım sakinlərini çağırıblar. Aksiya zamanı nümayişə çıxanlar, Krımın əsas yollarının kənarında düzüləcəklər. Xatırladaq ki, buna bənzər aksiya mart ayının 8-də keçirilib. Təəssüflər ki, bir çox krım sakini qeyri-hüquqi hakimiyyətin yaratdığı informasiya blokadası sayəsində bu aksiya barədə çox gec xəbər tutublar və iştirak edə bilməyiblər.

/oxu.az/