Ermənilər təmas xəttində monitorinq zamanı yanğın törədiblər

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan Yusifcanlı kəndi istiqamətində yanğın törədiblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, saat 11.40-dan etibarən törədilən yanğının miqyası getdikcə genişlənir. Yanğın bir qədər də davam edərsə, alovun təmas xəttinin Azərbaycan tərəfinə keçəcəyi istisna olunmur.

Qeyd edək ki, hazırda yanğın törədilən ərazidən 4-5 kilometr aralıda, Ağdamın Mərzili kəndi istiqamətində, qoşunların təmas xəttində ATƏT nümayəndələri monitorinq keçirirlər.