“Ermənistan Mövlud Çavuşoğlunun sədrliyi dövründə Avropa Şurası Parlament Assambleyasında üzvlüyünü dondurmayacaq, lakin Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirak etməyəcək”.
APA-nın məlumatına görə, bu bəyanatla Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri David Arutyunyan çıxış edib. O bildirib ki, Ermənistan tərəfi bu Alt Komitənin işində iştirakı mümkün saymır. O, AŞPA Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa olunması qərarının prosedur pozuntuları ilə qəbul olunduğunu deyib: “Bu komitənin nə ilə məşğul olacağı hələ də məlum deyil. Biz danışıqlara zərər vuracaq prosesdə iştirak etməyəcəyik”.
D. Arutyunyan Alt Komitənin yeni rəhbəri, ispan deputat Jordi Xukla i Kosta ilə görüşmədiyini deyib: “Bizi narahat edən məqam odur ki, bu alt komitə dialoq yox, sərt qarşıdurmalar müstəvisi olacaq”.
Apa