Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onların Azərbaycanın daxilində bütün hüquqları qorunacaq.
Novruzov hesab edir ki, Dağlıq Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüşlərin keçirilməsi vacib şərtlərdəndir.
“Onlarla birbaşa görüşlər keçirilməli və onlara başa salınmalıdır ki, siz Azərbaycan vətəndaşısınız və Azərbaycan vətəndaşlarına məxsus bütün hüquqlardan istifadə edə bilərsiniz… Trend.