Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı təlimlər keçirir

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonu ərazisində irimiqyaslı təlimlərə başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərə bu gün saat 11.30 radələrində start verilib.

Müxtəlif qoşun birləşmələrinin iştirakı ilə keçirilən təlimlərdə ağır artilleriyadan istifadə olunur. Təlimlər Şahbulaq dağı və Ağdam şəhəri ətrafında keçirilir.