Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-də saat 05.25-dən 05.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Alıxanlı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.