Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər fevralın 22-də saat 22:45-dən 22:47-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 23-də saat 05:15-dən 05:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.