Ermənistan silahlılarının təxribatı davam edir

Ermənistan silahlıları Xocavənd, Goranboy və Ağdam istiqamətlərində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Baş Qərvənd və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.