Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbəsı olduqca

Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbə çalması olduqca vacibdir. Trend-in məlumatına görə, bunu cümə günü Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 9-cu ənənəvi “Bakı Gənclər Şəhəri ” yay forumunun açılış mərasimində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
“Azərbaycanın informasiya müharibəsində qələbəsi yalnız Bakıda işləyənlərdən asılı deyil. Bu, eyni zamanda xaricdə yaşayan və təhsil alan həmvətənlərimizdən asılıdır. İnformasiya müharibəsi yalnız tarixi faktlarla bağlı mübahisə deyil. Bu, eyni zamanda Azərbaycanın infikafının, zəngin mədəniyyətimizin təbliğidir “, – Aslanov əlavə edib.
PA rəsmisi çıxışında Azərbaycan gəncləri arasında Mübariz İbrahimov, Ramil Səfərov kimi vətənini canından çox sevən, ona görə canından keçməyə hazır olan qəhrəman övladlar
olduğunu deyib… Trend.