Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu aktivləşdirməlidir – türkiyəli nazir

Rusiya və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri nəticə verməyib, buna görə də Türkiyə ümid edir ki, Fransa bu münaqişənin həllində rolunu aktivləşdirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Egemen Baxış Fransanın “La Croix ” qəzetinə müsahibəsində bildirib… Trend.