ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə gələn həftə Parisdə görüşməyi təklif ediblər. Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak Fore məlumat verib…
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə gələn həftə Parisdə görüşməyi təklif ediblər. Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak Fore məlumat verib. Onun sözlərinə görə, vasitəçilər regiona növbəti səfərlərindən əvvəl nazirlərlə parisdə daha bir görüş keçirməyi planlaşdırırlar: “Tərəflərə öz təklifimizi göndərmişik və hələlik cavab gözləyirik”.
J.For qeyd edib ki, həmsədrlərin planına əsasən, əvvəlcə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüş keçiriləcək, sonra isə “3+2” formatında görüş olacaq.
/APA/