Həmsədrlər regiona gəlirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) yaxın həftələr ərzində regiona səfər edəcəklər. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş növbəti addımları Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə etməkdir…

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) yaxın həftələr ərzində regiona səfər edəcəklər. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş növbəti addımları Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə etməkdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ-ın ATƏT yanında missiyasının yaydığı məlumatda deyilir.

“Həmsədrlər və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik martın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, martın 3-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçiriblər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh prosesi müzakirə edilib “, – məlumatda qeyd olunur.

Bildirilir ki, həmsədrlər bir daha Dağlıq Qarabağda mülki aviareyslər məsələsi və bu yaxınlarda təmas xəttində zorakılığın artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.

/Trend/