Həmsədrlər Azərbaycana fevralın 6-da gələcəklər

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fevralın 6-da Azərbaycana gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

XİN-in sözçüsü deyib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə isə həmsədrlər Azərbaycana fevralın 3-dən gəlməyə başlayacaq. Amerikalı həmsədr Endryü Şofer həmin gün axşam Azərbaycana gələcək.

Həmin günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi gözlənilir. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.

Monitorinqdən sonra isə həmsədrlər A. Kaspşikin də iştirakı ilə Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.

APA