Hesablama Palatasından XİN-lə bağlı – TƏKZİB

“Həqiqətə uyğun olmayan məlumatlar yayılıb”…

“Həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.

Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlanması haqda mediada yayılan xəbərlə bağlı bəyanat yayıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, saytın məlumatına görə, Palatanın mətbuat xidmətindən bildirilib:

“Cari il aprel ayının 10-da saat 14.40-da APA İnformasiya Agentliyi tərəfindən Mübariz Aslanov soyadlı əməkdaşının imzası ilə dərc olunmuş “Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlandığını açıqlayıb” başlıqlı yazıda həqiqətə uyğun olmayan məlumatlar yayılıb və bu zaman Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabata istinad edilib. 

Təəssüflə qeyd edirik ki,  xəbərin başlığı və jurnalist tərəfindən verilən şərhlər, hətta ölkənin ali dövlət maliyyə nəzarəti orqanının adının tam göstərilməməsi onun öz işinə məsuliyyətsiz yanaşmasını ifadə edir. Hesablama Palatası hesabatda göstərilmiş məqamların “saxta”, “qeyri-qanuni” və s. bu kimi ifadələrdən istifadə etməklə təhrif olunmasını və  fikri konteksdən çıxararaq ictimaiyyətin səhv məlumatlandırılmasını jurnalistin qeyri-peşəkar və qərəzli  mövqeyi kimi qiymətləndirir. 

Azərbaycan Respublikası Hesablama Palatası APA İnformasiya Agentliyindən Palatanın təkzibini dərc etməyi və bu xəbəri yayımlamış digər informasiya agentliklərinin də bu təkzibə istinad etməsinin təmin olunmasını tələb edir”.

www.oxu.az