Şəhid gizirə Milli Qəhrəman adı verildi

 Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb …

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 22 iyul 2010-cu il.