Əhməd Davudoğlu: “Ermənistan təxribatçı addımlara son qoymalıdır”

Вu gün AŞPA-nın yaz sessiyası plenar iclasının ikinci hissəsində hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
APA-nın Avropa bürosunun məlumatına görə, daha sonra Əhməd Davudoğlu parlamentarların bir sıra suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Türkiyənin xarici işlər nazirinə ermənilərin işğal altındakı Azərbaycan ərazilərində hava limanı inşa etmək planlarına dair sual verib… Apa.