İlham Əliyev Atatürkü ziyarət etdi

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb…

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gəldi.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

www.oxu.az