İlham Əliyev: Türkiyə iqtisadiyyatına 20 milyard dollar yatırılacaq

“Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir”…

“Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir”.

Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Prezident İlham ƏliyevBakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra verdiyi bəyanatda deyib.

O bildirib ki, növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaq. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.

Prezident vurğulayıb ki, bizi birləşdirən enerji layihələri var. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir:

“Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirib. Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız, qonşularımız üçün də böyük fayda verəcək”.

www.oxu.az