İran və Ermənistan dəmiryol tikintisi haqqında razılığa gəliblər

Tehran İrəvanla əməkdaşlığa hazırdır…

Tehran İrəvanla əməkdaşlığa hazırdır.

İran və Ermənistan dəmiryolu tikintisi haqqında razılaşmanı imzalayıblar.

Fars İran Agentliyinin xəbər verdiyi kimi, bu barədə çərşənbə axşamı İranın yol və şəhərsalma naziri Abbas Axundi bəyan edib, Oxu.Az Haqqin.az-a istinadən xəbər verir.

Axundi qeyd edib ki, ermənilər dəmiryolunu İranın Culfa şəhərinə qədər uzatmaq niyyətindədirlər.

İran əməkdaşlığa hazır olduğunu bəyan edib, və bu məsələ ilə əlaqədar dövlətlər arasında razılaşma imzalanıb.

Onun sözlərinə görə, İran və Ermənistan arasında dəmiryolunun uzunluğu 382 km-dən ibarət olacaq, onun 80 km-i İran, qalan 302 km isə Ermənistan ərazisindən keçəcək.

Hal-hazırda İran bu istiqamətdə tədqiqatlara başlayıb.

www.oxu.az