“Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və BMT Nizamnaməsini əsas tutaraq bəyan edirik ki, güc yolu ilə torpaqların tutulması yolverilməzdir”.
APA-nın məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəhbərlərinin Qahirədə keçirilən İslam Sammiti Konfransının yekununda qəbul olunan sənəddə deyilir…
“Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və BMT Nizamnaməsini əsas tutaraq bəyan edirik ki, güc yolu ilə torpaqların tutulması yolverilməzdir”.
APA-nın məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəhbərlərinin Qahirədə keçirilən İslam Sammiti Konfransının yekununda qəbul olunan sənəddə deyilir.
Sənəddə həmçinin BMT-nin Ermənistan Silahlı Qüvvələrinin tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan çıxarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələrinə tez bir zamanda əməl olunması tələb edilir: “Biz münaqişənin suverenlik, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının toxunulmazlığı çərçivəsində həll olunmasına çağırırıq. Biz Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş torpaqlarında mədəni və İslam irsinin dağıdılmasına, məcburi demoqrafik dəyişikliyə, şəxsi mülkiyyət hüququnun pozulmasına, qanunsuz iqtisadi fəaliyyətə təəssüf edirik və üzv ölkələri onların fiziki və hüquqi şəxslərinin bu qeyri-leqal fəaliyyətlərə cəlb olunmasının qarşısını almağa çağırırıq. Biz bir daha Azərbaycan Respublikasının, o cümlədən BMT Baş Assambleyası çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdlərinə özümüzün prinsipial dəstəyimizi bəyan edirik”.
Xatırladaq ki, İslam Sammiti Konfransı 2-7 fevral tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçirilib.
/Apa/