Jirinovski dövlət dumasına hərbi geyimdə gəldi

“İnsanların öldüyü bir dövrdə Brüssel və Vaşinqton kabinetlərində Avropanı necə bölməyin müzakirəsi gedir”…

“İnsanların öldüyü bir dövrdə Brüssel və Vaşinqton kabinetlərində Avropanı necə bölməyin müzakirəsi gedir”.

Bu gün RLDP lideri Vladimir Jirinovski Dövlət Dumasına RF Silahlı qüvvələrinin hərbi geyimində gəlib.

Oxu.Az RİA Novosti-yə istinadən bildirir ki, o bunu Ukraynanın şərqində xüsusi əməliyyatın elan edilməsinə cavab olaraq edib.

“Mən bu gün formanı qanuna görə geyinə bilərəm, çünki Kiyevdə hərbi xunta artıq geyimini dəyişib. İ.Turçinov da, digərləri də mülki geyimlərini dəyişib – kamuflyaj geyinib”, – Jirinovski jurnalistlərə plenar iclasdan əvvəl deyib.

“Maydan buna görə qurulubmuş. Rüşvətxorluqla mübarizə üçün yox, hakimiyyəti devirmək üçün yox. Maydanı ABŞ təşkil etmişdi, bu gecə baş verənlərin olması üçün. Avropada barıt qoxusu duyulsun və bunun kölgəsində büdcənin kəskin şəkildə artırılması həyata keçirilsin”, – siyasətçi deyib.

Jirinovski həmçinin, “insanların öldüyü bir dövrdə Brüssel və Vaşinqton kabinetlərində Avropanı necə bölməyin müzakirəsi gedir” – deyə əlavə edib.

 

/Oxu.az/