Kreml: Putin İrəvana gedir

Rusiya və Ermənistan prezidentləri görüşəcək…

Rusiya və Ermənistan prezidentləri görüşəcək.

Aprelin 24-də Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak etmək məqsədilə İrəvana səfər edəcək. 

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib. 

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentləri görüşəcək. Tərəflər ikitərəfli münasibətlər, birliklərdə qarşılıqlı əlaqələr, həmçinin aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, – məlumatda deyilir. 
 
www.oxu.az