Əli Əhmədov: Sarkisyanın bəyanatı Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir

Sarkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağı ilə bağlı sərsəm bəyanat səsləndirməsinin səbəbi Ermənistanın münaqişə ilə əlaqədar danışıqlar prosesində mövqelərinin zəifləməsindən xəbər verir. Digər səbəb isə onun öz ölkəsinin daxilində mövqelərinin və rıçaqlarının kifayət qədər itirilməsi ilə bağlıdır. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Onun sözlərinə görə, dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa bütün dünyanın qətiyyətlə yox deməsindən ibarətdir.
“Biz bunu aydın şəkildə görürük. Digər tərəfdən, Azərbaycanın mövqeləri, dünya üçün əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirir və bu amil Ermənistanın mövqelərinin zəifləməsi ilə müşayiət olunmaqdadır. Sarkisyan itirilən mövqelərini bu bəyanatları ilə konpensasiya etmək fikrinə düşüb “, – o deyib.
Əhmədov qeyd edib ki, Ermənistan iqtisadiyyatı çökməkdədir, əhali ölkəni tərk edir… Trend.