Lukaşenko: Rusiya özünü nalayiq apardı

“Onlar Belarusdan yarım əsr geridədirlər”…

“Onlar Belarusdan yarım əsr geridədirlər”.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı respublikanın bir sıra müəssisələrindən ərzağın gətirilməsinə qadağa ilə əlaqədar Gömrük ittifaqının normalarını pozmaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” bildirib.

“RF ərazisinə bir sıra müəssisələrin istehsal etdiyi ərzağın daxil edilməsinə qadağa qoymaqla Rusiya nalayiq davranıb. Rusiya bizim Gömrük İttifaqında əldə etdiyimiz bütün razılaşmaları pozdu”, – Lukaşenko deyib.

“Əgər Rusiya və Belarusa aid malların təhlükəsizliyi məsələsi ortaya qoyulsa, bu, sadəcə gülüşə səbəb olacaq. Çünki Rusiya Federasiyası ərzaq təhlükəsizliyi məsələsində Belarusdan yarım əsr geridə qalıb”, – Belarus lideri hesab edir.

Rusiya kənd təsərrüfatı nəzarəti həmçinin Belarusdan Qazaxıstan və üçüncü ölkələr üçün malların bu ölkə ərazisindən daşınmasına icazəni ləğv etməyi xahiş edib.

Beləliklə də Moskvada avqust ayında qəbul edilmiş embarqoya düşən ölkələrdən (Aİ, ABŞ, Norveç, Avstraliya və Kanada) ərzaq gətirilən kanalları ləğv etmək niyyətindədirlər. Səbəb isə bəzi malların ölkə ərazisindən sadəcə keçərək başqa ölkələrə çatdırılmalı olduğu halda elə RF-nın özündə realizə edilməsi hallarının üzə çıxarılmasıdır.

www.oxu.az