Dağlıq Qarabağ məsələsində 2013-cü ildə heç bir dəyişikliyin olmayacağına hazırlaşanlar İran faktorunu unudurlar. İranın Dağlıq Qarabağ məsələsinə münasibəti dəyişir, ermənipərəstlikdən uzaqlaşır, mümkün qədər Azərbaycana yaxınlaşır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, yaxınlarda İran və Azərbaycanın sərhəd qoşunları 10 saatlıq müzakirələr apardı və yekunda sənəd imzaladılar. Sənəddə sərhədyanı ərazilərdə birgə təlimlər nəzərdə tutulmuşdu… Trend.az