Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11:00-dan 11:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, saat 15:25-dən 15:32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 20:20-dən 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar… Trend.