Millət vəkilindən Jirinovskiyə sərt cavab

“Bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”…

“Bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”.

Millət vəkili Çingiz Qənizadə Jirinovskinin Azərbaycanın işğal altında olan torpaqlarının Rusiyanın tərkibinə verilməsi təklifinə sərt cavab verib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadənin vurğuladığına görə, Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır.

“Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olub. Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə, birinci şəxslərin ətrafında təlxəklər olub. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”-deyə, Ç.Qənizadə qeyd edib.

/oxu.az/