Milli Qəhrəmanın doğum günüdür

Nəsrəddinov Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşub…

Nəsrəddinov Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşub.

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Rafiq Hüseyn oğlu Nəsrəddinov 1961-ci il martın 18-də Bakı şəhərində anadan olub.

O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlayıb, tank hərbi hissəsinin qərargah rəisi olub, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşub.

O, 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşub, qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.

/oxu.az/