NATO-nun Çikaqo sammitində Dağlıq Qarabağa dair verdiyi bəyanat daha bir beynəlxalq təşkilatın Azərbaycanı dəstəklədiyini təsdiqləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
“Bəyanatı iri beynəlxalq oyunçuların imzalaması Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin ciddi şəkildə dəstəklənməsindən xəbər verir “, – Abdullayev deyib. Trend.