Nazir: Ukrayna bankrotdur

“Ən əsası biznesə mane olmamaqdır, biznes özü vəziyyətdən baş çıxardacaq”…

“Ən əsası biznesə mane olmamaqdır, biznes özü vəziyyətdən baş çıxardacaq”.

Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus bəyan edib ki, Ukrayna mahiyyət etibarilə, bankrotdur.

Oxu.Az xəbər verir ki, bu barədə o, iqtisadi siyasət məsələləri üzrə komitənin iclasında bildirib.

“Biznesmenlər bir şey istəyirlər – onlara dövlətin köməyi lazım deyil, sadəcə qoy dövlət mane olmasın. Mahiyyət etibarilə, dövlət artıq bankrotdur, buna görə də, bizim sözdə deyil, işdə stimullaşdırma proqramları yaradacağımızı gözləmək lazım deyil, bu, sadəcə real deyil. Buna görə də, ən əsası biznesə mane olmamaqdır, biznes özü vəziyyətdən baş çıxardacaq”.

www.oxu.az