Niderlandda Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq konfrans keçirilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Avropa Türk Demokratlar Birliyinin təşkilatçılığı ilə Niderland parlamentinin binasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanın və Gürcüstanın Niderland Krallığındakı səfirlərinin, akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizin bir çox qeyri-hökumət təşkilatları əməkdaşlarının, Azərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdikləri konfransı açan BAK-ın sədri Sahil Qasımov dekabrın 10-nun insan haqları günü olduğunu xatırladıb, azərbaycanlıların dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün insanların hüququna böyük hörmətlə yanaşdıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əsir düşmüş və ya girov götürülmüş yüzlərlə soydaşımızın pozulmuş hüquqlarının araşdırılmasının və dünya ictimaiyyətinə çatdırılmasının, onların hüquqlarının müdafiəsinin vacibliyini bildirib…Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Avropa Türk Demokratlar Birliyinin təşkilatçılığı ilə Niderland parlamentinin binasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanın və Gürcüstanın Niderland Krallığındakı səfirlərinin, akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizin bir çox qeyri-hökumət təşkilatları əməkdaşlarının, Azərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdikləri konfransı açan BAK-ın sədri Sahil Qasımov dekabrın 10-nun insan haqları günü olduğunu xatırladıb, azərbaycanlıların dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün insanların hüququna böyük hörmətlə yanaşdıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əsir düşmüş və ya girov götürülmüş yüzlərlə soydaşımızın pozulmuş hüquqlarının araşdırılmasının və dünya ictimaiyyətinə çatdırılmasının, onların hüquqlarının müdafiəsinin vacibliyini bildirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Cənubi Qafqaz regionunun ən çətin və təhlükəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında ölkəmizi istəməyən, müstəqilliyi ilə barışmayan qara qüvvələrin rolu olduğunu, ABŞ, Fransa və Niderland kimi ölkələrdə azərbaycanlılarla birlikdə götürüldükdə türk xalqlarının sayı ermənilərlə müqayisədə çoxluq təşkil etmələrinə baxmayaraq, onlar bəzi məsələlərdə bir araya gələ bilmir və ümumi düşmənlərimiz bundan istifadə edirlər.
Avropa Türk Demokratlar Birliyinin sədri Reys Gülker, “Ekoavroasiya” dərnəyinin rəhbəri Hikmət Ərən, Milli Qəhrəman Vahid Quliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Avropada siyasi mühacirlər ittifaqının sədri Eldəniz Quliyev, ASAİF-in Belçika və Niderland üzrə əlaqələndiricisi Musa Həsənov ermənilərin yalnız azərbaycanlılara qarşı deyil, vaxtilə türkləri də soyqırımına məruz qoyduqlarını, öz cinayətlərini ört-basdır etmək üçün qondarma “erməni soyqırımı” məsələsini ortalığa atdıqlarını, Azərbaycan Silahlı Qüvvələrinin inkişaf edərək güclü orduya çevrildiyini bildiriblər.
Konfransda Avropa dövlətlərinin başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın tanınmış siyasi xadimlərinə erməni işğalını pisləyən və dünya ictimaiyyətinin məsələyə biganəlik göstərdiyini bildirən bəyannamə qəbul edilib.
Apa.az